Müsavat Partiyası 1 noyabr seçkilərində iştirakını dayandırdı

“Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək hesab edirik ki, bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanları əsasən tükənib”

Source:


“Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək hesab edirik ki, bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanları əsasən tükənib”

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində Divanın qərarını yayıb.

Qərarda qeyd olunur ki, Müsavat Partiyasının Məclisi 29 avqust 2015 il tarixli toplantısında demokratiya uğrunda siyasi mübarizənin davamlılığının təmin edilməsi, seçki kampaniyasının verdiyi minimum imkanlardan istifadə edərək xalqla təmasların artırılması, cəmiyyətin avtoritarizmə qarşı müqavimət gücünün qorunub saxlanması və artırılması, bu dövrdə yol verilən qanun pozuntuları və saxtakarlıqların miqyasının yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması məqsədi ilə 1 noyabr Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul etdi. Bu qərar qəbul edilərkən seçki kampanıyasının müxtəlif mərhələlərində seçkilərdə iştirak məsələsinin yenidən müzakirə edilməsi tövsiyyə olunmuşdu: “Müsavat Partiyasının Divanı 10 oktyabr 2015-ci il tarixli növbədənkənar iclasında bu məsələni bir daha müzakirəyə çıxararaq hakimiyyət qarşısında azad və ədalətli seçkilərin keçirilməsi prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün təkliflər vermiş, siyasi məhbusların azadlığa buraxılması, namizədlərə pulsuz efir vaxtının ayrılması kimi zəruri tələblər irəli sürmüş, seçkilərdə iştirakla bağlı məsələnin bilavasitə seçkilər ərəfəsində yenidən baxılması haqda qərar qəbul etmişdi”.

Müsavat Partiyasının Divanı 28 oktyabr növbədənkənar iclası qeyd edilənləri açıq toplantısında müzakirə edərək bildirib ki, siyasi məhbusların həbsdən azad edilmədiyini, seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını, seçki komissiyalarının hakimiyyətintam nəzarəti altında olduğunu, namizədlər arasında ayrıseçkiliyə yol verildiyini, Müsavat Partiyasının çox sayda namizədinin qeiydiyyatından əsassız imtina edildiyini, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini, bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını, müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını, ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmadığını, müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilərin iştirakının qarşısının qeyri-qanuni alındığını, seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, Apellyasiya və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini, seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanlarının əsasən tükəndiyini nəzərə alaraq qərara alıb partiya 1 Noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirakını dayandırır.

Ana səhifəXəbərlərMüsavat Partiyası 1 noyabr seçkilərində iştirakını dayandırdı