Müsavat başqanı “Bandotdel”ə çağırıldı (yenilənib)

İdarə rəisi Arif Hacılı ilə söhbət etmək istəyir

Source:


İdarə rəisi Arif Hacılı ilə söhbət etmək istəyir


Müsavat Partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbləri barədə Meydan TV-yə məlumat verib. Başqanın sözlərinə görə, idarənin rəisi Seyfulla Əzimov deyib ki, onlarda Siyəzən və Lənkəranda keçirilən aksiyaların təşkilində Müsavatın rolu olduğunu barədə məlumatlar var: “Bildirdi ki, məni də xəbərdarlıq etmək üçün dəvət ediblər. Cavab verdim ki, aksiyalar iqtisadi böhranla bağlı keçirilir və partiyamız təşkilatçı deyil. Biz aksiyalar keçirmək qərarını verəndə, konstitusiyaya uyğun olaraq dövlət orqanlarını məlumatlandıracağıq. Söhbətimiz bu məzmunda oldu”.


Arif Hacılı hesab edir ki, 2 gündür başlayan aksiyalar hakimiyyətin yarıtmaz iqtisadi siyasəti nəticəsində baş tutub: “Bu gün Azərbaycanda çox ciddi proseslərin getdiyi qaçılmazdır. Hakimiyyət vəziyyətdən düzgün nəticə çıxarıb, sistemli qərarlar qəbul etməlidir. Ancaq hakimiyyət problemləri həll etmək əvəzinə zorakılıq vasitələrinə əl atır ki, bu, yanlış yoldur. Çünki indi vəziyyət fərqlidir. Ölkədə çoxsaylı insanların kredit borcu var, onların sayı 2 milyon 500 mindən çoxdur və borclarını ödəməsi üçün şərait də yoxdur. Bundan əlavə, maaşların artmaması, sosial durumun ağırlığı təbii narazılıqlar yaradıb. Artıq Azərbaycan böhrana daxil olduğundan bundan yan keçmək mümkünsüzdür. Sadəcə, hakimiyyət böhranı inkar etməməli, vəziyyətdən az itkiylə çıxmaq barədə düşünməlidir. Təəssüf ki, hakimiyyətin şəraitə uyğun addımlarını görmürük”.

——————————————————————————————————————————————————————————

Müsavat Partiyasının başqanı Arif Hacılı yanvarın 13-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağrılıb. İdarənin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, başqanın BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.

Arif Hacılı bu gün saat 15:00-da  BMCMİ-də olacaq. (

Bastaninfo.com

)

Ana səhifəXəbərlərMüsavat başqanı “Bandotdel”ə çağırıldı (yenilənib)