Murad Ədilovun şikayəti təmin edilmədi

Siyasi məhbus Ömər Xəyyamın rübailərin istəyib

Source:


Siyasi məhbus


Ömər Xəyyamın rübailərin istəyib

Sentyabfrın 3-də Nərimanov Rayon Məhkəməsi AXCP üzvü Murad Ədilovun işgıncəyə məruz qalması haqda şikayətini təmin etməyib.

Meydan TV-yə bu barədə məlumat verən vəkil Yalçın İmanov bildirib ki, onlar Murad Ədilov saxlanılarkən və Sabirabad Rayon Polis İdarəsində fiziki və mənəvi işgəncə verilməsi faktının tanınmasını istəyiblər.

“Ancaq araşdırma aparmaları ilə bağlı prokurorluq əməkdaşlarının təqdim etdiyi sənəddə Murad Ədilovun işgəncə görmədiyi göstərildiyindən hakim  iddianın təmin olunmaması ilə bağlı qərar çıxarıldı” – deyə vəkil İmanov bildirib.

 Vəkil qərardan apellyasiya şikayəti verəcəyini dedi.

Murad Ədilovun qardaşı, jurnalist Natiq Ədilov sentyabrın 2-də onunla telefonla danışıb.

Natiq Ədilov qardaşının yalnız haqsız ittihamlardan narazıdır: “Yerli şəraitə isə adaptasiyası normal gedir. Muradın bildirməsinə görə günün əsas hissəsi kitab oxumaqla keçir. Keçən hətfə 5 kitab yollamışam, hələ onları mütaliə edir. Mənim təəccübümə səbəb o oldu ki, Ömər Xəyyamın rübailərin istədi. Ona görə təəccübləndim ki, Muradın şeirdən bir az uzaq olduğuna bələdəm. Düşündüm yəqin türmə romantikası onu təsirləndirib. Sonra özü dedi ki bunu məhbus yoldaşlarından biri istəyib. Ayrıca olaraq Muradın onun həbsini diqqətdə saxlayan, buna görə narahat olan hər kəsə salamı var”.

Ana səhifəXəbərlərMurad Ədilovun şikayəti təmin edilmədi