Murad Ədilovun istintaqı yekunlaşıb

“İstintaqın başa çatması elan edildikdən sonra müdafiə tərəfinin cinayət işi ilə tanışlığı başlayacaq”

Source:


“İstintaqın başa çatması elan edildikdən sonra müdafiə tərəfinin cinayət işi ilə tanışlığı başlayacaq”

AXCP Sabirabad rayon şöbəsinin fəalı Murad Ədilovun istintaqı başa çatsa da, bu barədə açıqlama dekabrın 24-də yayılacaq. Meydan TV-yə istintaqla əlaqədar məlumat verən vəkil Yalçın İmanov bildirib ki, istintaqın başa çatması elan edildikdən sonra müdafiə tərəfinin cinayət işi ilə tanışlığı başlayacaq. Daha sonra isə iş məhkəməyə göndəriləcək.

AXCP üzvü Murad Ədilov avqustun 11-də Sabirabadda yaşadığı kənddə həbs edilib. Ona saxlanılarkən fiziki və mənəvi işgəncələr verilib, öz əleyhinə ifadə alınmağa çalışılıb. Eyni zamanda, Murad Ədilova qardaşı AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Güləhmədoğluna görə cəzalandırıldığı da polisdə deyilib.

Bu səbəbdən əksər beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Murad Ədilova qarşı irəli sürülən ittahamı uydurma hesab edərək, onun siyasi məhbus olduğunu qeyd edirlər.

Murad Ədilov ötən ay yüz siyasi məhbusla birlikdə Beynəlxalq Saxarov mükafatı ilə təlfif edilib.

Ana səhifəXəbərlərMurad Ədilovun istintaqı yekunlaşıb