Murad Ədilov hələ də vəkili ilə görüşə bilməyib (yenilənib)

“Güman ki, bu qərardan verilən apelyasiya şikayəti də, vəkili olmadan baxılacaq”

Source:


18.30. AXCP üzvü Murad Ədilov barəsində həbs qətimkan tədbirindən verilən apelyasiya şikayətinə avqustun 25-də baxılacaq. Vəkil Yalçın İmanovun bildirdiyinə görə, şikayətdə avqustun 13-də Nərimanov məhkəməsinin Murad Ədilov barədə seçdiyi 3 aylıq həbs-qətimkan tədbirinin ləvğ olunması və dərhal edilməsi göstərilib.


Proses hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək.


***


“Güman ki, bu qərardan verilən apelyasiya şikayəti də, vəkili olmadan baxılacaq”

Avqustun 11-də şərlənərək həbs edilən AXCP üzvü Murad Ədilovun müdafiə hüququ pozulmaqdadı. Səbəb onun vəkili Yalçın İmanovla görüşünə hələ də imkan verilməməsi ilə bağılıdır. Murad Ədilov həbs edildiyi gündən sonra 4 gün “bantotdel”də saxlanılıb. Həmin müddətdə  dəfələrlə cəhd edilsə də müxtəlif qanunsuz əsaslarla vəkillə onun görüşməsinə icazə verilməyib.

Meydan TV-yə bu barədə açıqlama verən təqsirləndirilən şəxsin qardaşı Natiq Ədilovun bildirdiyinə görə, mövcud vəziyyətlə əlaqıdar müdafiə tərəfi məhkəmə iddiası da qaldırıb: “Keçən həftədən Murad Ədilov Kürdəxanı təcridxanasına köçürülüb. Vəkil Yalçın İmanov elə həmin gündən orderini poçtla yola salsa da, müstəntiq Hacı Əfəndiyev onu hələ də təqdim eləmir”.

Natiq Ədilov bildirib ki, istintaq orqanının məqsədli süründürməsinə görə Murad Ədilov haqda vəkilsiz həbs-qətimkan tədbiri seçilib. Güman ki, bu qərardan verilən apelyasiya şikayəti də, vəkili olmadan baxılacaq.

Ana səhifəXəbərlərMurad Ədilov hələ də vəkili ilə görüşə bilməyib (yenilənib)