Münhendə terror olub (yenilənib)

6 nəfərin öldüyü və çoxlu yaralıların olduğu bildirilir

Source:



9.35

.

euronews

kanalı ölənlərin sayının 10 nəfər olduğunu bildirir: “Hadisəni törədən 18 yaşlı İran əsilli alman da öldürülüb”


Bavariya polisinin rəhbəri  Huberturs Andre keçirdiyi mətbuat konfransında hələ hadisəni tərədənlərlə bağlı araşdırma getdiyini deyib: “Terroru törədənin motivinin nə olduğu barədə heç nə məlum deyil”.


***


6 nəfərin öldüyü və çoxlu yaralıların olduğu bildirilir

Almaniyanın Münhen şəhərində Moozax rayonunda Olympia-Einkaufszentrum ticarət mərkəzində naməlum şəxs sakinlərə atəş açıb. Hadisə ticarət mərkəzinin aptekində baş verib. Ticarət mərkəzinin ətrafı polis tərəfindən mühasirəyə alınıb.

Reuters agentliyi yerli polislərə istinadən 6 nəfərin öldüyünü və çoxlu yaralıların olduğunu xəbər verir.

Eyni zamanda, ticarət mərkəzində 3 nəfər atəş açdığı bildirilir: “Münhenin 3 yerində atəş səslərinin eşidildiyi deyilib. Polis şəhərdə geniş əməliyyat aparır. Əməliyyata helkopterlər də cəlb edilib, şəhərdə bütün nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılıb. İnsanlardan küçələrə çıxmamaq xahiş olunur”.

Terror səbəbindən Çexiya Bavariya ilə sərhədlərinə nəzarəti gücləndirib.

Ana səhifəXəbərlərMünhendə terror olub (yenilənib)