Kiyev BVF-nin yeni kredit proqramına qoşulmaq üçün müzakirələr aparır
Ukrayna müharibədən zərər çəkmiş iqtisadiyyatını gücləndirmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) yeni kredit proqramına qoşulmaq istəyir.
Ölkənin maliyyə naziri Serhiy Marçenko bildirib ki, işğalçı Rusiya qüvvələrinə qarşı mübarizə səyləri ölkəsinin büdcəsini və beynəlxalq ehtiyatlarını tükədir:
“Kiyevin uzun müddətdir ki, xarici yardıma ehtiyacı var. Yeni yardım paketi üzrə ilkin müzakirələr gedir”.
Ukrayna Mərkəzi Bankının rəhbəri Kirilo Şevçenko ötən həftə Vaşinqtonda mənzillənən kreditorla yeni razılaşmaya çağıran müraciət edib.
“İndi biz BVF komandası ilə yeni proqrama qoşulmaq üçün ilkin müzakirə aparırıq, çünki buna, həqiqətən, ehtiyacımız var”, – Marçenko deyib.
O əlavə edib ki, Ukrayna bu il BVF-dən 1,4 milyard dollar təcili maliyyə yardımı alıb.
Bu da Rusiya Prezidenti Vladimir Putinin fevral ayında hücuma başlamasından bəri aldığı 6 milyard dollardan çox vəsaitin bir hissəsidir.
Nazir bildirib ki, Rusiya qüvvələri on minlərlə ukraynalını öldürüb, iqtisadiyyatı darmadağın edib, şəhərləri, limanları, nəqliyyat əlaqələrini, kənd təsərrüfatı anbarlarını və fabrikləri viran qoyub.
Bu da öz növbəsində Ukraynanın gəlirlərini iflic edib və dövlət büdcəsini sarsıdıb:
“Eyni zamanda, hökuməti silah almaq üçün daha çox xərcləməyə və özünü müdafiə etmək üçün digər tədbirlər görməyə məcbur edib”.
Maliyyə Nazirliyi artan büdcə boşluğunun əsas maliyyə mənbəyi kimi beynəlxalq yardımı görür.
Martenkonun sözlərinə görə, Kiyev iyunda qərb tərəfdaşlarından 4,8 milyard dollar alacağını gözləyir. Bu da əvvəlki ayla müqayisədə üç dəfədən çox, lakin hələ də aylıq 5 milyard dollar ehtiyacdan azdır.
Dilemma Marçenkonun nazirliyi ilə əsas faiz dərəcəsini keçən həftə 15 faizdən 25 faizə qaldırıb. Bu da Mərkəzi Bankla arasında uçuruma səbəb olub.
Siyasətçilər qrivnanın sabitləşməsi və investisiyaların cəlb edilməsi üçün qismən qərar qəbul edib. Lakin Maliyyə Nazirliyi bu qədər yüksək qiyməti ödəyə bilməyəcəyini iddia edərək, artımı döyüş istiqrazlarının kuponlarına çevirməkdən imtina edib.
“Potensial alıcılar borcu həm investisiya, həm də xoş niyyət kimi almağı düşünməlidirlər”, – deyən Maçenko, mövqeyinin dəyişə biləcəyini də söyləyib:
“Biz vəziyyətin bundan sonra necə inkişaf edəcəyini görəcəyik. Fərqli yollar axtarışımız davam edir”.
Keçən həftə keçirilən hərracda müharibə istiqrazları ən aşağı həddə saldıqdan sonra, Marçenko hökumətin büdcəni doldurmaq üçün digər iki maliyyə mənbəyinə etibar etməyə hazır olduğunu söyləyib. Bunlar beynəlxalq yardım və dövlət banklarının köməyidir.
Marçenko iyunun 9-da Kiyevdə keçirilən ictimai tədbirdə deyib ki, hökumət ilin sonuna qədər qərb tərəfdaşlarından 20 milyard dollar cəlb etməyə çalışır.
O həmçinin təsdiqləyib ki, Ukrayna öz suveren borcuna xidmət etməkdə davam edəcək.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.