Müğənni məhkəmə zalında həbs olundu

Maral Tahirqızı 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib

Source:


Maral Tahirqızı 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib

Mayın 18-də Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrlik etdiyi iclasda Maral Tahirqızına hökm oxunub.

Hökmə əsasən, M. Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib (APA).

Ana səhifəXəbərlərMüğənni məhkəmə zalında həbs olundu