Azad Əliyev dələduzluqda ittiham edilir
Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevə hökm oxunub.
Meydan TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə A.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın “Dostluq” filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib