Müdafiə Nazirliyi: Atəşkəs 34 dəfə pozulub

Cəbhədə iriçaplı silahlar susmur

Source:


Cəbhədə iriçaplı silahlar susmur

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirir ki, bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə edilib.

Məlumata görə, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndləri, Berd rayonundan Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndləri, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqeləri və Qaravəlilər kəndi atəşə tutulub.

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy və Tərtər rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Atəşkəs 34 dəfə pozulub