Müavinətlər nağdsız ödənişə keçirilir

Turizm agentliklərinə nağd ödəniş qadağan edilir

Source:


Turizm agentliklərinə nağd ödəniş qadağan edilir

Turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada həyata keçiriləcək. Bununla bağlı “Turizm haqqında” qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə dəyişiklik təklif edilib.

Layihə Əmək və Sosial Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu, İnsan Hüquqları Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb. Həmçinin iclasda “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara da təklif olunan əlavələr müzakirə edilib.

Dəyişikliyə görə, əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

“Sosial müavinətlər haqqında”da qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə təklif edilən dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.

“Sosial sığorta haqqında” qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsinə də dəyişiklik təklif edilir. İndiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra yalnız nağd qaydada ödənilə bilər.

“Məşğulluq haqqında” qanunun 21.4-cü (Sosial yardım üçün təminatlar) maddəsinə təklif olunan dəyişikliyə görə, ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Ana səhifəXəbərlərMüavinətlər nağdsız ödənişə keçirilir