Müalicəsi üçün evini satışa çıxaran hərbçi (VİDEO)

1975-ci il təvəllüdlü Süleyman Bağırov 21 ildir, mina axtaran vəzifəsində xidmət edir. 2014-cü ilin sonlarında özünü pis hiss etməyə başlayır. Xidmət vaxtı bərk sancısı tutduğundan onu Sarıcalı Hospitalına göndərirlər. 15 gün orada qaldıqdan sonra onkoloji klinikadan ona qara ciyər xərçəngi diaqnozu qoyulur.

Süleyman Bağırovun müalicə xərcləri isə ailəsi tərəfindən qarşılanır.

Ailə demək olar hər gün dərmanlara pul verir. Vəziyyət o həddə çatıb ki, hazırda yaşadıqları evi satışa çıxarıblar. Hərbçi Süleyman Bağırov bu günə qədər hərbi xidmətdən təxris edilməyib. Onun xidmət müddəti may ayında bitəcək deyə hərbi hissədən deyiblər ki, bitəndən sonra ona müavinət ayrılacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı sualı yalnız yazılı şəkildə göndərdikdə cavablandıra biləcəklərini dedi. Amma nə zaman cavab verə biləcəklərini açıqlamadan da dəstəyi asdı. Sorğu Müdafiə Nazirliyinə göndərilib. Nazirlik nə zaman cavablandırsa, o zaman da işıqlandıracağıq

21 il hərbçi kimi çalışan şəxsin indi əlacı yalnız xeyirxah insanların köməyinə qalıb. Sizə bank hesabını təqdim edirik

Ev ünvanı: Suraxanı rayonu Zahid Əliyev küçəsi ev 36.

Telefon: 012-452-82-34, 050-570-73-45

Ana səhifəVideoMüalicəsi üçün evini satışa çıxaran hərbçi (VİDEO)