Müalicə həkimi Sənan Daşdəmirlinin səhhəti ilə bağlı danışdı

“Sənan Daşdəmirlidə dermoid kista olub”

Source:


“Sənan Daşdəmirlidə dermoid kista olub”

AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli həbs edilmiş oğlu Sənan Daşdəmirlinin səhhətində ciddi problem yarandığını deyib.  Valideyn Meydan TV-yə bildirib ki, Sənan Daşdəmirli göz ağrılarından və düz bağırsağındakı problemlərdən əziyyət çəkir. Onun ürək ağrıları da var.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi rəisinin müavini, tibb xidməti polkovniki İftixar Qurbanov Meydan TV-yə deyib ki, Sənan Daşdəmirlinin müalicə həkimi ilə əlaqə saxlayıb. Müalicə həkimi bildirib ki,  S.Daşdəmirlidə dermoid kista olub. “Müalicə olunub, tam sağalıb, hazırda səhhəti ilə bağlı heç bir şikayəti yoxdur”.

Rafiq Daşdəmirli yanvarın sonlarında oğlunun düz bağırsağındakı yarasından qanaxma keçirdiyini deyib. Təcridxana həkimləri qanaxmanın qarşısını almaq üçün müəyyən tədbirlər görüblər. Amma R. Daşdəmirli oğlunun müalicə müəssisəsinə köçürülməsinə ehtiyac olduğunu bildirir.

İ.Qurbanov Sənan Daşdəmirlinin müalicə müəssisəsinə köçürülməsinə ehtiyac olmadığını bildirib.

S. Daşdəmirli Cinayət Məcəlləsinin 234.4.3-cü maddə ilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama ) ittiham irəli sürülüb. Bu ittihamla o, 5 ildən  12 ilə qədər azadlıqdan məhrum edilə bilər. İstintaqın məlumatına görə, S.Daşdəmirli saxlanılarkən üzərindən 3,2 qram heroin götürülüb. Lakin gəncin sözlərinə görə, narkotiki onun üzərinə polis əməkdaşları atıblar.

Ana səhifəXəbərlərMüalicə həkimi Sənan Daşdəmirlinin səhhəti ilə bağlı danışdı