MSK üzvlərinin maaşları artırıldı

Prezident sərəncam imzalayıb

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edilməsi bərədə” sərəncam imzalayıb.

Sənədə əsasən MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb.

MSK üzvlərinin aylıq vəzifə maaşı isə 1280 manat olub. İndiyə qədər MSK üzvləri 1160 manat aylıq vəzifə maaşı alıblar.

Ana səhifəXəbərlərMSK üzvlərinin maaşları artırıldı