Rusiyanın 22 şəhərində 87 nəfərin saxlanıldığı bildirilir
Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində məntəqələrdən daxil olan protokolların 100 faizi sayılıb.
Bu barədə martın 18-də Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirib ki, hazırkı Prezident Vladimir Putin 86,5 faiz səs toplayıb:
“4,1 milyondan çox seçici ona səs verib”.
MSK Kommunist Partiyasının namizədi Nikolay Xaritonovun 5,09, Yeni Xalq Partiyasının namizədi Vladislav Davankovun 4,21, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutskinin isə 3,04 faiz səs topladığı qeyd olunub.
Seçki günləri ölkənin 22 şəhərində 87 nəfərin saxlanıldığı bildirilir.
Qeyd olunur ki, saxlanılanların çoxu Rusiya müxalifətinin seçkilər zamanı “Putin əleyhinə günorta” etiraz aksiyasına qatılanlar olub.
Məlumatı “ovd.info” yayıb.
Bildirilir ki, ən çox paytaxt Moskva və Kazan şəhərlərində həbs olunanlar var.
Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.
2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.
2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.
O, hazırda Təhlükəsizlik Şurasının sədridir.