Moskva Türkiyə məhsullarının ixracında Azərbaycandan şübhələnir

”Azərbaycanın tomat ixracını qəfildən hansı yolla belə artırması ”aydın deyil””

Source:


”Azərbaycanın tomat ixracını qəfildən hansı yolla belə artırması ”aydın deyil””

“Moskvanın embarqosuna baxmayaraq, Türkiyənin meyvə və tərəvəzinin təkrar ixracında Azərbaycandan şübhələnirəm”- “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert belə bildirib.

“Türkiyədən bitkiçilik məhsullarının ixracına yol verilməməsi üzrə Azərbaycan və İranın öhdəliklərinin yerinə yetirilməsinin yoxlanması zamanı araşdırdıq ki, yanvarda Azərbaycan Rusiyaya tomat ixracını beş dəfə artırıb”, – Dankvert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın tomat ixracını qəfildən hansı yolla belə artırması “aydın deyil”. Azərbaycan xidməti fitosanitar sertifikatlarda göstərir, məhsullar bu ölkəyə aiddir. Lakin “Rosselxoznadzor” bundan əmin deyil və bununla bağlı Bakıya məktub göndərib.

Dankvert rusiyalı müfəttişlərin bu məsələni araşdırmaq üçün Azərbaycana getməsinin mümkünlüyünü istisna etməyib.

Türkiyədən Rusiyaya meyvə, tərəvəz və digər malların ixracına 2016-cı il yanvarın 1-də qadağa qoyulub.



Turan İA

Ana səhifəXəbərlərMoskva Türkiyə məhsullarının ixracında Azərbaycandan şübhələnir