”Moskva regionda daha əsaslı tərəfdaş axtarır”

İlqar Vəlizadə: “Əgər Moskva Bakıyla bağlı siyasətini dəyişdirsəydi, bunu konkret addılmlarda görərdik”

Source:


İlqar Vəlizadə: “Əgər Moskva Bakıyla bağlı siyasətini dəyişdirsəydi, bunu konkret addılmlarda görərdik”

“Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir”.

Bunu Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin “Hesabat” verilişində sualları cavablandırarkən deyib.

Son hadisələrlə bağlı bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirib.

“Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş büruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar”,- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən vurğulayıb.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Səfir Polad Bülbüloğlunun Rusiyanın son hadisələrə münasibətdə Azərbaycan və Ermənistanı tanıması barədə fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, aprel hadisələrindən öncə də Kremlin Bakıya münasibəti qismən dəyişməyə başlamışdı: “Bu, bir çox amillərlə bağlıdır, ilk növbədə, Moskvanın regionda fəal siyasət aparmaq məcbiriyyətindən irəli gəlir. Rusiya demokratik dünyanın, iri ölkələrin ondan üz döndərdiyini anlayır. Eyni zamanda, Ukrayna və Türkiyə ilə münasibətlər korlanıb. Belə vəziyyətdə Moskva regionda daha əsaslı tərəfdaşlar axtarmağa məcbur olur. Bu baxımdan regionda daha fəal olan Azərbaycanın iştirakı olmadan bir çox məsələləri həll etmək mümkün deyil. Ancaq Azərbaycan-Ermənistan münasibətləri əlaqələri inkişaf etdirməyə imkan vermir. Ona görə Rusiya region dövlətlərlə münasibətlərində yeni konstruksiyalar qurmağa məcburdur”.

Ancaq İlqar Vəlizadə düşünür ki, Rusiyanın aprel hadisələrindən nəticələr çıxartması barədə danışmaq tezdir: “Çox şey Rusiyanın konkret addımlarından asılıdır. Əgər Moskva Bakıyla bağlı siyasətini dəyişdirsəydi, bunu konkret addılmlarda görərdik. Ermənistana təzyiqlər daha qabarıq şəkildə olmalıdır, danışıqlar prosesində Rusiya öz mövqeyini daha konkret şəkildə müəyyənləşdirsin, o zaman müəyyən dərəcədə dəyişikliyin olduğundan danışa bilərik”.

Fikrət Sadıxov
Fikrət Sadıxov

Siyasi şərhçi Fikrət Sadıxov səfir Polad Bülbüloğlunun son illərdə Rusiyada əhatəli təbliğat siyasəti qurduğunu bildirdi: “Mən belə başa düşdüm ki, Rusiya aprel döyüşlərindən sonra mövqeyini radikal dəyişməsə də, Ermənistanın Moskvaya hansı münasibəti sərgilədiyini gördü. Məsələn, İrəvanda Rusiya səfirliyinə yumurta, pomidor atırdılar, təhqiramiz şüarlar qaldırırdılar. Onlar Kremli aprel dörüşlərinə biganəlikdə günahlandırırdılar. Çünki ermənilər rusları həmişə özlərinə müttəfiq hesab edib. Amma aprel döyüşləri Rusiyada praqmatik əhval-ruhiyənin daha yüksək səviyyədə olduğunu göstərdi, nəinki yoxsul Ermənistana birbaşa dəstək vermək. Bununla belə, Rusiya Ermənistanla müttəfiqliyindən imtina etməsə də, Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamağın daha faydalı olduğunu düşünür. Bütün hallarda əsl reallıq, ədalət o zaman baş verəcək ki, sadaladıqlarım nəticəyə çevriləcək”.

Ana səhifəXəbərlər”Moskva regionda daha əsaslı tərəfdaş axtarır”