Moranlılılar Sabirabad-Bakı yolunu bağladı

İllərdir su probleminin həll olunmaması Sabirabadın Moranlı kənd sakinlərini küçəyə çıxarıb. Onlar mayın 23-də aksiya keçirərək Sabirbad-Bakı magistral yolunu bağlayıblar. Sakinlər deyiblər ki, məcburi əkdikləri pambıq sahəlrini suvarmaq üçün su tapa bilmirlər.

Hadisə yerinə yerli icra hakimiyyətinin nümayəndələri və polis gəlib. Polis aksiyaya müdaxilə edib. İcra hakimiyyəti nümayəndələri söz veriblər ki, 2 gün ərzində problem həll ediləcək.

Bundan sonra avtomobil yolu açılıb, gediş-gəliş bərpa olunub. Sabirabad Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Şahnaz Babayeva isə Meydan TV-yə deyib ki, bu barədə məlumatsızdır, ona görə də heç bir münasibət bildirə bilməz. Qurumun digər nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb

Ana səhifəVideoMoranlılılar Sabirabad-Bakı yolunu bağladı