Xameneyi: Azərbaycana aid ərazilər azad edilməlidir (yenilənir)

Nazirlik döyüş əməliyyatlarının əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam etdiyini bildirib.

Source: google.az


15.56.


Ermənistan silahlı qüvvələri günün ikinci yarısı yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusu adekvat cavab tədbirləri görür.

***


14.03.


"Azərbaycan Respublikasına aid olan ərazilər azad edilməli və erməni millətindən olan şəxslərin təhlükəsizliyi təmin edilməlidir".


Bunu İran İslam Respublikasının dini lideri Ayətullah Əli Xameneyi Məhəmməd peyğəmbərin mövludu münasibətilə 3 noyabr müraciətində bildirib.


Qonşu ölkənin dini lideri vurğulayıb ki, beynəlxalq sərhədlərə hörmət edilməli və terrorçular İran sərhədlərinə yaxınlaşmamalıdır (Turan İA).

***


12.37.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

***


12.30.


Sentyabrın 27-dən bu günə qədər Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Bu barədə məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.


Baş prokurorluq göstərilən dövrdə 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evinin yararsız vəziyyətə düşdüyünü bildirib.

***


11.37.


Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Məlumatı prezident.az yayıb.


Bildirilib ki, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyəti müzakirə edib.

***


Cəbhədə döyüşlər davam edib

Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik döyüş əməliyyatlarının əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam etdiyini bildirib.

Eyni zamanda, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin qarşı tərəfdən atəşə tutulduğu qeyd olunub.

Ana səhifəSiyasətXameneyi: Azərbaycana aid ərazilər azad edilməlidir (yenilənir)