DTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb (yenilənir)

“Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib”.


15.59.


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.


Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məlumat



yayıb



.


Xidmət bildirib ki, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib: “Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb".


"Videogörüntülər Ermənistan ordusu tərəfindən Azərbaycan qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub. Aşkar edilən faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır”, – DXT bəyan edib.


DTX bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edib: "Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq”.

***


Cəbhədə döyüş davam edir

Noyabrın 4-də saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrin mövqeləri ara-sıra atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik göstərilən vaxtda Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutduğunu bildirib.

Eyni zamanda, bildirilib ki, noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur:

“Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib”.

Ana səhifəSiyasətDTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb (yenilənir)