Mitinqə icazə verildi

Aksiya yenə “Məhsul” stadionunda baş tutacaq

Source:
Mitinq
Mitinq


Aksiya yenə “Məhsul” stadionunda baş tutacaq

Milli Şuranın oktyabrın 7-nə təyin olunmuş mitinqinə razılıq verilib. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmov məlumat yayıb. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqlə bağlı müraciəti müsbət cavablandırıb.

Milli Şura oktyabrın 7-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirəcək.

MŞ sonuncu dəfə sentyabrın 23-də mitinq keçirmişdi. Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, onlara xəbərdarlıq edilib. Mitinqdən sonra isə iştirakçılar müxtəlif bəhanələrlə polis bölmələrinə çağırılıb, onlara növbəti mitinqdə iştirak etməmələri tövsiyə olunub.

Ana səhifəXəbərlərMitinqə icazə verildi