Mitinqə görə metrostansiyalar işləməyəcək

Son məlumata əsasən ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb və internet dayanıb.

Source: Foto: Meydan TV


Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb

Demokratik Qüvvələrin Milli Şurasının 19 may mitinqi ilə əlaqədar 28 may metrostansiyası bu gün işləməyəcək.

Məlumatı "Bakı Metropoliteni" QSC yayıb.

"Bakı Metropoliteni" QSC bildirib ki, strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.

Son məlumata əsasən ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb və internet dayanıb.

Ana səhifəSiyasətMitinqə görə metrostansiyalar işləməyəcək