Mitinqin gedişi zamanı bir nəfər İŞID-ın bayrağını qaldırmağa cəhd edib, amma aksiya təşkilatçıları onu saxlayaraq polisə təhvil verib
Milli Şuranın 12 oktyabr bazar günü “Məhsul” stadionundakı etiraz mitinqi öncəsi polis əraziyə girişə qadağa qoyub.
Qadağaya səbəb itlərlə birgə uzun müddət “bomba” axtarışı olub. Axtarışlardan 40 dəqiqə sonra bomba tapılmadığı élan olunub və insanlar stadiona buraxılıblar.
Aksiya saat 15:00-da başlayıb, “Siyasi məhbuslara azadlıq” aksiyanın əsas şüarıdır. Mitinqin gedişi zamanı bir nəfər İŞID-ın bayrağını qaldırmağa cəhd edib, amma aksiya təşkilatçıları onu saxlayaraq polisə təhvil verib.