Mirvari Qəhrəmanlı ”Kanal 13”-ün rəhbərini məhkəmədə müdafiə edib

“Əziz Orucovu saf, düzgün jurnalist kimi tanıyıram”

Source:


“Əziz Orucovu saf, düzgün jurnalist kimi tanıyıram”

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 17-də “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib.

“Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin sədri Mirvari Qəhrəmamlı bildirib ki, “Kanal 13”-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib.

M.Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, düzgün, ədalətli bir jurnalist kimi tanıyır. O, deyib ki, Azərbaycan telekanalları insanlara lazım olan maarifləndirici verilişlər vermir və internet televiziyası ucuz olduğu üçün onlarla əməkdaşlıq edib.

Ə.Orucov isə deyib ki müqavilələrlə bağlı vergilər ödənilib.

Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. Bildirib ki, öyrənmək məqsədi ilə orada işləyib. O, Ə.Orucovun maddi sıxıntıları olduğunu bildiyini deyib. Bildirib ki, istədiyi vaxt işə gedib, istədiyi vaxt işdən çıxıb.

Ruslan Əhmədov isə kanalda üç ay çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını deyib. Bildirib ki, müxbir kimi fəaliyyət göstərib: “Mən CV göndərmişdim. Çağırdılar, işə qəbul olundum və işlədim. Orada kimin nə qədər maaş almasını bilmirəm”.

Proses oktyabrın 24-də davam edəcək.

“Kanal 13” internet televiziyasına rəhbərlik edən Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərMirvari Qəhrəmanlı ”Kanal 13”-ün rəhbərini məhkəmədə müdafiə edib