“Təyyarədə 100-dən çox adam olduğu halda, yalnız mənə deklorasiya yazdırdılar”
Sentyabrın 12-də Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Bakı Hava Limanında saxlanılıb.
Meydan TV-yə qarşılaşdığı olayla bağlı məlumat verən Mirvari Qəhrəmanlı bildirdi ki, onun heç bir izah vermədən pasportunu alıb, ölkəyə buraxmırdılar: “Təyyarədə 100-dən çox adam olduğu halda, yalnız mənə deklorasiya yazdırdılar. 1500 manatım vardı, onu da evdən götürmüşdüm. Anlamadım, mən vətənimə qayıtdığım halda niyə deklorasiya yazmalıyam?! Bütün yüklərimi yoxladılar. 5-6 adam gəlib baxdı, haralarlasa məsləhətləşəndən sonra buraxdılar”.
M.Qəhrəmanlı Almaniyaya tədbirə getdiyini söyləsə də, onu yarım saat saxlamaqlarının səbəbini heç cür izah etməyiblər.