Mirşahin Ağayevin iddiası qismən təmin edildi

İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib

Source:


İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib.

“Report” xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclas sabaha təxirə salınıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ANS-in müdafiəçisi Ramin Əliyev çıxış edib. O, məhkəmədən Səbail Rayon Məhkəməsində çıxarılan qərarın ləğv edilməsini istəyib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Günün sonuncu apellyasiya şikayəti üzrə məhkəmə iclasına hakim Qədim Babayevin sədrliyi ilə baxılıb.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayətini qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Ana səhifəXəbərlərMirşahin Ağayevin iddiası qismən təmin edildi