“Xanıma və xüsusilə həbsdə olan xanıma qarşı belə addım atılması insana başucalığı gətirməz”
“Həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddia qaldıran və cəzalanmasına səbəb olan partiyanın keçmiş üzvü Elman Həsənlinin (Türkoğlu) hərəkətini birmənalı və qətiyyətlə pisləyirəm”. Bu sözləri “Turan”-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
M.Mirəlioğlu E.Həsənlinin hərkətini mənəviyyatca zəif adamın atdığı addım adlandırıb. “Xanıma və xüsusilə həbsdə olan xanıma qarşı belə addım atılması insana başucalığı gətirməz”, – deyə M.Mirəloğlu hadisəyə münasibətini ifadə edib.
Tanınmış araşıdrmaçı jurnalist Xədicə İsmayıla qarşı ilk ittiham 2014-cü ilin yayında E.Həsənli tərəfindən qaldırılmışdı. Binəqədi rayon Məhkəməsi isə bu iddia əsasında həbsdə olan jurnalisti 2500 manat həcmində cərimə edib.