Minskdə Avropa oyunları Bakıdan ucuz başa gəlsə də, yarış ərəfəsində güllələnmə ilə yadda qalacaq

Avropa oyunlarına start verilməzdən az əvvəl Belarusda növbəti ölüm hökmünün icra edildiyi məlum olub.

Source: Euroradio


Hüquq müdafiəçilərinin çıxışları və cəsarətli fotolar: Azərbaycanda və Belarusda Avropa oyunlarına hazırlıq nə ilə yadda qalıb?


İyunun 21-də Minskdə II Avropa oyunları başlayacaq. Bu yarışlarda Avropanın əlli ölkəsindən idmançılar iştirak edəcək. Avropa oyunları dörd ildən bir keçirilir, məlum yarışlar ilk dəfə 2015-ci ildə Bakıda baş tutub.


O zaman da, indi də hüquq müdafiəçiləri oyunlara sahiblik edən ölkələrdə insan haqları ilə bağlı mürəkkəb vəziyyətə beynəlxalq diqqəti cəlb etməyə çalışıblar.


“Olay başdan başa farsdır”

Avropa oyunlarına start verilməzdən az əvvəl Belarusda növbəti ölüm hökmünün icra edildiyi məlum olub.

Belarus ölüm hökmünün icra olunduğu yeganə Avropa ölkəsidir. Avropalı siyasətçilər növbəti güllələnməni qınayaraq qeyd ediblər ki, yaşamaq hüququ və edam hökmünün ləğvi əsas Avropa dəyərlərindən biridir. AŞPA-da sosialistlər qrupunun rəhbəri

Frank Şvabe

Belarusda keçiriləcək oyunları

fars

adlandırıb. “Avropa oyunlarının Belarusda keçirilməsinin qərara alınması lap başından səhv addım idi. Olay başdan başa farsdır”, – siyasətçi bəyan edib.

Azərbaycan edam hökmündən 20 il əvvəl imtina edib, ölkədə sonuncu edam 25 il əvvəl icra olunub.


Preventiv saxlanma

2014-cü ildə Minskdə keçirilən hokkey üzrə dünya çempionatından az əvvəl Belarus hökuməti bir sıra saxlanma əməliyyatı həyata keçirib. Hakimiyyətin siyasi opponentləri – küçə aksiyaları təşkil etməyə qabil fəallar, – təcrid edilib və müxtəlif bəhanələrlə inzibati cəza alıblar. “Vesna” hüquq-müdafiə mərkəzində Avroradionun jurnalistlərinə deyiblər ki, Avropa oyunları ərəfəsində də analoji saxlanmalar istisna edilmir.


“Hələ bu haqda xəbər yoxdur. Bircə onu demək olar ki, hakimiyyətin buna hələ vaxtı var. Təəssüf ki, preventiv saxlanma təcrübəsindən indi də istifadə oluna bilər”,

– hüquq müdaqfiəçisi Vladimir Lobkoviç hesab edir.

Bakıda Avropa oyunları ərəfəsində hüquq müdafiəçiləri xatırladırdılar ki, idman şousu kütləvi siyasi repressiyalar fonunda keçiriləcək. “2014-cü ildən başlayaraq, hakimiyyət 35-dən çox jurnalisti, hüquq müdafiəçisini və siyasi fəalları əsassıs ittihamlarla təqib və ya həbs edib. Hökumət həmçinin onlarla QHT-nin bank hesabını donduraraq, insan haqları sahəsində işi mümkünsüz edib”, – “Human Right Watch”-ın

bəyanatında

deyilir. Məlum bəyanat 2015-ci ildə Avropa oyunlarının açılışı ərəfəsində edilib.

Hüquq-müdafiə təşkilatı həmçinin qeyd edib ki, Azərbaycan hökuməti bir neçə avropalı jurnalistə tədbiri işıqlandırmağa imkan verməyib – onlara viza və akkreditasiyada imtina edilib.


Bu qonaqlıq kimin hesabınadır?

Minskdə II Avropa oyunlarının açılışını və bağlanışını Rusiyanın “Art Siti-5” MMC-si həyata keçirəcək. Bu şouya 12 milyon dollar xərclənəcək. Oyunlar ümumilikdə 115 milyon dollara başa gələcək. Üstəlik “Dinamo” stadionunun bərpasına 200 milyon xərclənib.

Belarusda dövlət büdcəsindən yarışlara xərclənən pullardan çox hazırlıq işlərinin keyfiyyəti müzakirə mövzusuna çevrilib. Məsələn, yenicə bərpa olunmuş “Dinamo” stadionunda novlardan su düz tribunadakı tamaşaçıların ayaqlarının altına axıb. Ekspertlər və maraqlı şəxslər 432 min avroya başa gəlmiş qazonun vəziyyətini

müzakirə edib

. Avropa oyunlarının başlamasına iki ay qalmış yeni qazonda iri seyrək yerlərin olduğu aşkarlanıb. “Dinamo”da futbol oyunları təxirə salınıb və mütəxəssislər oyunlar başlayanadək həmin sahələri qaydasına salmağa imkan tapıb.

Azərbaycan özündə keçirilən Avropa oyunlarının təşkilatıçılığına böyük vüsətlə yanaşıb. Bakıda təkcə yeni stadionun tikintisinə 600 milyon dollar xərclənib. Rəsmi məlumatlara görə, büdcədən ümumilikdə Avropa oyunlarına 1,2 milyar dollar xərclənib, hərçənd məlum oyunların

tənqidçiləri

məbləğin gerçəkdə daha çox olduğunu ehtimal edir.


Oyunların siyasətə dəxli yoxdur?

Avropa oyunlarının təşkilatçıları qeyd edirlər ki, bu yarışların siyasətə dəxli yoxdur. “Bu, siyasi layihə deyil, – Belarusun İtaliyadakı səfiri Aleksandr Quryanov mayın əvvəlində Romada keçirilən təqdimatda

deyib

, – Biz sadəcə qonaqlarımızın Belarusu görmələrinin və bir çox mövcud stereotipin ədalətsizliyindən əmin omalarını istəyirik”.

Hərçənd siyasi kontekst daşıyan insidentlərdən qaçmaq mümkün olmayıb. Qarşıdan gələn hadisənin ötən Avropa oyunlarının idman nailiyyətlərinə həsr olunmuş promorolikində İsrailin sərhədləri düzgün göstərilməyib. Müəlliflər ivrit dilində gedən yazılarda səhvə yol veriblər. Onu lazım olan kimi deyil, soldan sağa yazıblar. İsrailin idman naziri Miri Regev bu hadisəni Olimpiya xartiyasının kobudcasına pozulduğunu və siyasətin idmana yolverilməz şəkildə müdaxilə etdiyini söyləyib.

“Avropa oyunlarının təşkilat komitəsinə hörmətimizə rəğmən, bizim sərhədləri o müəyyən etmir”

, – nazir

deyib

.

Təhlükəsizliyə necə riayət olunur

İyunun 11-dən etibarən Minskdə “İdmançı kəndi”ndə sutka boyu mühafizə qoyulub. Ərazini 70 videokamera müşahidə edir. “Əraziyə girişi dörd nəzarət-buraxılış məntəqəsi təmin edir. Hazırda içəri akkreditasiya ilə təkcə xidməti heyət, təxirəsalınmaz xidmət və qida məhsulları gətirən avtomobillər buraxılır. Bütün insanlar və nəqliyyat vasitələri diqqətlə yoxlanılır, – Minsk milisinin şəhərin Moskva rayonunda ictimai təhlükəsizliyə məsul əməkdaşı Dmitri Kolodinski deyib.

Minskin mərkəzində, Nemiqdə yerləşən Avropa oyunları fan-zonasının girişində beton bloklar Aleksandr Lukaşenkonun şəxsi göstərişi ilə götürülüb. O bəyan edib ki, təhlükəsizliyi “hasarsız” təmin etmək lazımdır, əks-halda “biz bəzən fərqinə varmadan sığortalanmaq üçün “həbs düşərgələri”, ya da sanki “Belarusda gettolar” yaratmağa başlayırıq”, – Belarus rəhbəri əlavə edib.

Lukaşenko elə həmin gün daxili işlər naziri İqor Şuneviçin istefasını qəbul edib.

Azərbaycanda Avropa oyunları zamanı bənzərsiz təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bəyan edirdilər, hərçənd dörd il bundan əvvəl düz Bakı “İdman kəndi”ndə baş verən insident yarışa kölgə salıb: belə ki oyunlara xidmət edən avtobus məşqdən qayıdan bir qrup avstriyalı idmançı ilə toqquşub. Onlar müxtəlif dərəcəli xəsarət alıblar.

Bakıda atletlər kəndindəki hadisə


Yerli sakinlər şaddırmı?

Minski bayram və turist axını gözləyir, lakin yerli sakinlər üçün narahatlıqlar da yaranıb. İyunun ortasından başlayaraq, Belarus paytaxtının mərkəzi küçələrində Avropa oyunları nəqliyyatının hərəkəti üçün nəzərdə tutulmuş zolaqlar ayrılıb. Adi sürücülərə həmin zolaqları keçmək olmaz, əks-halda onları cərimə gözləyir. Bəzi yerlərdə zolaqlar ucabatından sol döngələr ləğv edilib ki, bu da sürücülər üçün narahatlıq yaradır.

Minsk ali məktəblərinin yüzlərlə tələbəsi “İdman kəndi”nin ixtiyarına verilmiş yataqxanalardan köçməli olub . Onları daha əlverişsiz binalara köçürüblər.

Avropa oyunlarının könüllüləri əsas etibarı ilə minskli tələbələrin arasından seçilib. Cəlb edilmə heç də həmişə hamar keçməyib – bəzən ali məktəblərin rəhbərliyi inzibati resurslara da əl atıb. Əvvəlcə könüllü olmağa razı olmuş, sonra Avropa oyunlarının təşkilində iştirakdan imtina etmiş tələbə qızınsa vaxtından əvvəl verdiyi imtahanının nəticəsini hesaba almaq istəmirlər . Guya ki könüllü olduğu üçün ona güzəşt edilib.

Minskin mərkəzində, Müstəqillik meydanında nəhəng “AVROPA OYUNLARI” yazısını yerləşdiriblər. Minsklilər və turistlər bu yazının fonunda “П” hərfinin sağ tərəfini örtməklə şəkil çəkdirirlər.

dsc1494.jpg
Минск накануне Европейских игр. 18 июня 2019 года Avropa oyunlarının başlaması ərəfəsində Minsk şəhəri. 18 iyun 2019-cu il

Belarus millisinin LGBT cəmiyyətlərinin nümayndələrinə dözülməz münasibətini bilən hər kəs bu cür fotolara görə adamların nə vaxt saxlanılacaqlarını və cərimələcəklərini gözləyir. Amma buna rəğmən əylənməyə davam edirlər.

Ana səhifəXəbərlərMinskdə Avropa oyunları Bakıdan ucuz başa gəlsə də, yarış ərəfəsində güllələnmə ilə yadda qalacaq