Minimum əmək haqqı 250 manat olacaq

Prezident 17 sərəncam imzaladı

Source:


Prezident 17 sərəncam imzaladı

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibi artırılır.

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 17 sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.

Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

İlham Əliyevin bu ilin fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdi.

Bununla minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılmışdı. Ona qədər minimum aylıq əməkhaqqı 130 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin əvvəlində yaydığı məlumatda bildirilirdi ki, minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edir.

Ana səhifəXəbərlərMinimum əmək haqqı 250 manat olacaq