Milli Şuranın üzvü cərimələndi

Cəmil Hacıyev xuliqanlıq etməkdə günahlandırılır

Source:
Cəmil Hacıyev, arxiv foto
Cəmil Hacıyev, arxiv foto


Cəmil Hacıyev xuliqanlıq etməkdə günahlandırılır

Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev 100 manat cərimə edilib. Binəqədi Rayon Polis İdarəsi onu xuliqanlıqda günahlandırıb.

Bu barədə “Turan”-a C.Hacıyevin özü məlumat verib.

Onun sözlərinə görə, avqustun 7-də Binəqədi Rayon Məhkəməsinin binasında saxlanılıb. Səbəb ona qarşı inzibati işə baxılmasının yubadılmasına etiraz etməsi olub.

Onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparıblar. Bir neçə saatdan sonra məhkəməyə gəlməsinin vacibliyi barədə iltizam alaraq buraxıblar. Avqustun 15-də isə xuliqanlıq ittihamı ilə 100 manat cərimə ediblər.

Gənc fəal deyir ki, onun xuliqanlıq etməsilə bağlı heç bir sübut təqdim olunmayıb.

Ana səhifəXəbərlərMilli Şuranın üzvü cərimələndi