Milli Şura mayın 3-də mitinq keçirməyəcək

Milli Şura mitinqin mayın 2-də keçirmək təklifini qəbul etməyib

Source:


Milli Şura mitinqin mayın 2-də keçirmək təklifini qəbul etməyib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətə mənfi cavab verib. BŞİH-in cavabında bildirilib ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunub.

Meydan TV-yə bu barədə açıqlama verən Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı bildirib ki, bu səbəbdən Milli Şura mitinq keçirməyəcək.

“Əslində 3 may mitinqinə “yox” cavabı Milli Şuranın gücünün etirafı və xalqın etirazlarından qorxunun nəticəsidir”,-Qəhrəmanlı belə deyib.

Növbəti aksiyanın nə zaman keçiriləcəyinə gəlincə, Fuad Qəhrəmanlı bununla bağlı müzakirələrə ehtiyac olduğunu dedi.

Ana səhifəXəbərlərMilli Şura mayın 3-də mitinq keçirməyəcək