Milli Məclisin iclası təxirə salınıb

Akif Təvəkküloğlu: “Deputatların xeyli hissəsi xarici ölkələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək”

Source:

Akif Təvəkküloğlu: “Deputatların xeyli hissəsi xarici ölkələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək”

Milli Məclisin mayın 8-nə təyin olunan plenar iclası təxirə salınıb.

Bu barədə ANS-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, iclas 15 may tarixinə keçirilib:

«Deputatların xeyli hissəsi xarici ölkələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. Bir hissəsi isə 9 May Qələbə Günü ilə bağlı mərasimlərə qatılacaq».

Akif Təvəkküloğlu Milli Məclisin gündəliyinə əlavələr edilə biləcəyini də söyləyib.

Ana səhifəXəbərlərMilli Məclisin iclası təxirə salınıb