Milli Məclis Avronestə qayıtmaq istəyir

Səməd Seyidov və Sayyad Kərim Avronesti Milli Məclisin qurumun işində iştirakına yardım üzrə prosedurlarına yenidən baxmağa çağırıb

Source:
Milli Məclis


Səməd Seyidov və Sayyad Kərim Avronesti Milli Məclisin qurumun işində iştirakına yardım üzrə prosedurlarına yenidən baxmağa çağırıb

Bir il öncə Azərbaycan Avronestdən (Avropa Parlamenti və “Şərq tərəfdaşlığı” proqramının üzvləri arasında əlaqə qrupu) çıxdığını bəyan etdi. Bu, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması haqda Avropa Parlamentinin məlum bəyanatından (10 sentyabr 2015-cil il) sonra baş verdi.

Üstəlik, Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar, xoşagəlməz ifadələr səsləndi.

Belə ki, 2015-ci ilin sentyabrında Milli Məclis Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqilə əlaqədar Avronest PA-dan çıxmaq barədə qərar qəbul etdi. Bununla bağlı bəyanatda deyilirdi ki, Azərbaycan da Avropa Parlamentinin üzvlərinə qarşı eyni sanksiyaları tətbiq edəcək.

Sənəddə Avropa Parlamentinin rəhbəri “dialoq” istəməyən Martin Şultsun ünvanına ittihamlar yer alırdı.

Siyasi məhbusların azad edilməsi barədə Avropa Parlamentinin tələbi Azərbaycan məhkəmələrinin işinə qarışmaq kimi qiymətləndirilmişdi.

Odur ki, Milli Məclis Avronest PA-da iştirakın dayandırılması ilə bağlı qərar qəbul etmişdi.

O zaman Səməd Seyidov demişdi: “Azərbaycan Avronestdən çıxmalıdır”. O, bu təklifi “Avropa Parlamenti sıralarında korrupsiyanın üstünün açılmasının” vacibliyi ilə əsaslandırmışdı.

Sonra S.Seyidov Avropa Parlamentini Dağlıq Qarabağ separatçlları ilə əməkdaşlıqda ittiham etmişdi.

“Bu gün Azərbaycan rəhbərliyi işğal olunmuş əraziləri ATƏT-in Minsk Qrupu və Avropa Parlamenti olmadan da azad etməyə qadirdir”, – S.Seyidov demişdi.

Digər deputat Fuad Muradov Avronest PA-nın səriştəsizliyindən şikayətlənmişdi: “Avropa Parlamentində elə dairələr var ki, Azərbaycanın energetika sahəsindəki siyasəti onların xoşuna gəlmir. Bu qüvvələr regionda sabitlik istəmirlər”.

“Nəhayət, aktiv erməni lobbisi Azərbaycanın mövqelərinin möhkəmlənməsindən narahatdır bə bilir ki, yaxın vaxtlarda biz işğalda olan ərazilərimizi geri alacağıq”, – o bildirmişdi.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, sentyabrın 23-də Milli Məclisin üzvləri öz üsyankar bəyanatlarını unudaraq qərara alıblar ki, Avropa Parlamentinin günahı elə də böyuk deyil və ora qayıtmaq lazımdır.

Belə ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov (eyni zamanda Avropa İttifaqı ilə parlamentlərarası əməkdaşlıq komitəsinin sədri) Avropa İttifaqı tərəfdən həmsədr Sayyad Kərimlə birlikdə bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Avropa Parlamenti nümayəndə heyəti ötən il Avropa Parlamenti və Azərbaycan arasında dialoqun olmamasına təəssüf edir. Hər iki tərəf normal dialoqun bərpasına ümud edir və Milli Məclisin Avronestdə iştirakına operativ yardım göstərməyə hazırdır”.

S.Seyidov və S.Kərim Avronesti Milli Məclisin qurumun işində iştirakına yardım üzrə prosedurlarına yenidən baxmağa çağırıb.

Öz növbəsində Avropa Parlamenti nümayəndə heyətinin üzvləri bildiriblər ki, Avronestin işində iştirakla bağlı oktyabrın 6-dək (Azərbaycanın Avronestdən imtina barədə qərarının qüvvəyə minəcəyi tarix) Bakının rəsmi siqnalını gözləyirlər.

Sayyad Karimin rəhbərliyilə Avropa Parlamentinin altı üzvündən ibarət nümayəndə heyəti sentyabrın 20-də Bakıda prezident İlham Əliyevlə görüşüb. Dövlət başçısı qurumun ünvanına sərt ittihamlar söyləyib.

Ana səhifəXəbərlərMilli Məclis Avronestə qayıtmaq istəyir