Mijatoviç Azərbaycandakı jurnalistlərə təzyiqlərdən danışdı

ATƏT-in media azadlığı ofisinin rəhbəri hökumətləri jurnalistlərə qarşı pozuntu hallarını araşdırmağa çağırıb

Source:
Dunja Mijatović
Dunja Mijatović

Tbilisidə Azərbaycanda medianın durumu üzakirə olunub

Gürcüstanın paytaxtı Tbilisidə “KİV-də, söz və ifadə azadlığında müxtəlif çağırışlar” adlı 13-cü Cənubi-Qafqaz KİV konfransı keçirilir. Konfransın gündəliyinə jurnalistlərin təhlükəsizliyi, münaqişə zonalarında, təbliğat qarşıdurmasında jurnalistika standartlarına əməl edilməsi məsələləri qoyulub. Bu barədə Turan İA məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib ki, rəsmi Tbilisi konfransın keçirilməsi üçün şərait yaratmaqdan məmnundur. Baş nazir Gürcüstan hökumətinin KİV-in fəaliyyət şəraitinin liberallaşdırılması, ölkədə azad sözün səviyyəsinin qaldırılması kursu yürütdüyünü bildirib.

ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç BMT-nin İnternet azadlığı hüququ haqqında qəbul etdiyi qətnamənin vacibliyini qeyd edib. O, dünyanın müxtəif ölkələrində jurnalistlərə qarşı zorakılıq faktlarının artmasından narahatlıq keçirdiyini deyib.

D.Miyatoviç bildirib ki, Azərbaycan hakimiyyəti bu yaxınlarda həbsdən buraxılan Xədicə İsmayılovanın bu konfransda iştirakı üçün ölkədən çıxmasına icazə verməyib. Bir qədər sonra Xədicə İsmayılova konfrans iştirakçıları ilə əlaqə yaradaraq Azərbaycanda qadın reportyorların fəaliyyəti üçün böyük təhlükənin olmasından danışıb.

“Jurnalistikada ən zəif yer qadınlardır”, – o vurğulayıb və buna misal olaraq özünü, özəl həyatına müdaxiləni, uydurma ittihamla azadlıqdan məhrum olunmasını göstərib.

Günün birinci yarısında rəsmi qurumların nümayəndələri, müstəqil və hökumətyönlü ekspertlərin iştirakı ilə Azərbaycanda söz və media sahəsində vəziyyətə dair müzakirələr aparılıb.

Britaniya Universiteti KİV Azadlığı Mərkəzinin direktoru Şeffild Ulyarm Xorslinin sözlərinə görə, Azərbaycan jurnalistlərin həbsdə olduğu, diffamasiyanın kriminallaşdığı yeganə ölkə olaraq qalır.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bildirib ki, 2005-ci ildən başlayaraq, jurnalistlərin diffamasiyaya görə təqib olunması halları artıb. Bu, 2007-ci ildəyüksək həddə çatıb. Məhkəmələrə jurnalistlərə qarşı 107 şikayət verilib. Bunun 37-si cinayət işinə keçib. Sonradan kəskin azalma müşahidə edilib, lakin xuliqanlıq, narkomanlıq və s. kimi ittihamlar üzrə həbslərin artması qeydə alınıb”.

A.Əliyev bildirib ki, hakimiyyət diffamasiya üzrə cinayət təqiblərində moratorium tətbiqinə istinad edərək indiyədək diffamasiyanı kriminallaşdırmamaqdan imtina edib.

“Turan” agentliyinin direktoru Mehman Əliyev deyib ki, 2007-ci ildən jurnalistlərə qarşı fiziki və məhkəmə zorakılığı ilə bağlı statistikanın azalması, KİV-in iqtisadi müstəqilliyinin məhv edilməsi neft gəlirlərinin və özünüsenzuranın səviyyəsinin artması şəraitində KİV-in hakimiyyət tərəfindən ələ alınması ilə əlaqədardır.

Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov və onu müşaiyət edən hökumətyönlü nümayəndələr Azərbaycana qarşı böyük diqqətdən narazılıqlarını bildiriblər. Onlar səslənən faktları və rəyləri qərəzli və əsassız kimi qiymətləndiriblər.

“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun burada danışdıqları qərəzli və əsassızdır”, – K.Həsənov qeyd edib.

E.Hüseynov isə jurnalistlərin qətlində, onların peşə fəaliyyətinə görə təqib olunmasında hakimiyyəti ittiham edib. Həbs təhlükəsi ilə üzləşdikdən sonra ölkədən qaçan E.Hüseynovun sözlərinə görə, zorakılıq artıb və buna görə də jurnalistlərin əksəriyyəti ölkədən getməyə, fəaliyyətini xaricdə davam etdirməyə məcburdur.

Sonda Dunya Miyatoviç gərginliyin aradan qaldırılması üçün Azərbaycan nümayəndələrini eyni xarakterli problemlərin olduğu digər Cənubi Qafqaz ölkələrində vəziyyətin müzakirəsi üçün imkan yaratmağa çağırıb.

Ana səhifəXəbərlərMijatoviç Azərbaycandakı jurnalistlərə təzyiqlərdən danışdı