Meydan Tv-yə video göndərənlərin nəzərinə (VİDEO)

Son günlər MeydanTV-yə vətəndaşların çəkib göndərdiyi videoların çoxluğunu nəzərə alaraq çəkilişin necə aparılması ilə bağlı videonu təqdim edirik.


Daha operativ və daha keyfiyyətli video çəkməyin yolları:

  • Hadisəni çəkən zaman telefonu vertikal deyil, horizontal formada tutun.
  • Bacardıqca telefonu əsdirməyin.
  • Əgər hansısa vətəndaşın danışığını qeydə alırsınızsa iri plandan istifadə edin.
  • Hansısa hadisəni qeydə alarkən orta planla çəkin.
  • Hadisəni daha yaxşı görüntüləmək üçün kənardan ümumi planla çəkmək məsləhətdir.
  • Çəkiliş edərkən hadisənin məğzini qeydə alın və çaılışın maksimum qısa olsun.
  • Qeyd etdiyiniz video və fotoları MeydanTV-nin facebook səhifəsinə və ya whatsapp nömrəsinə göndərin:

    +49 176 16263646
  • Unutmayın konstitusiyanın 50-ci maddəsinə görə hər kəs istədiyi məlumatı qanuni yolla əldə edə və yaya bilər. Yəni şəxsin jurnalist olması vacib deyil.

Çəkin, göndərin, vətəndaş jurnalistinə çevrilin.

Ana səhifəVideoMeydan Tv-yə video göndərənlərin nəzərinə (VİDEO)