Mükafata 400-dən çox layihə müraciət edib
Azərbaycanda, dünyada baş verən xəbərləri üç dildə, tərəfsiz çatdırmağa çalışan Meydan TV 2024 Dünya Ədalət Mübarizəsi mükafatının finalına çıxıb.
Mükafata 400-dən çox layihə müraciət edib. Avqustun əvvəli qalibin adı açıqlanacaq. Hazırda isə media və informasiya kateqoriyasında Meksika, Venesuela, Argentina, Qana və Albaniyadan daha beş finalçı var.
Meydan TV bu müsabiqədə Azərbaycandan, ümumiyyətlə, Cənubi Qafqazdan olan tək iştirakçıdır.
Meydan TV 2013-cü ildə yaradılıb. Missiyası cəmiyyətin aktiv üzvlərini siyasi, iqtisadi və sosial məsələlər haqda bilgiləndirməkdir. Həmçinin Azərbaycan cəmiyyətinə aktual məsələlər haqda açıq müzakirələr üçün platforma yaradır.
Azərbaycan hökuməti zaman-zaman bu media qurumuna hücumlar edib. Media qurumunun rəhbərliyinə qarşı cinayət işi açılıb, jurnalistlərin ölkədən çıxışı 4 ildən artıq qadağan olunub.
Hazırda da sayta Azərbaycandan giriş bloklanıb.