Metronun istifadəçiləri 2.4 faiz azalıb

”Dəmiryol, dəniz, hava və avtomobillə sərnişindaşıma artıb”

Source:
foto sosial şəbəkə


”Dəmiryol, dəniz, hava və avtomobillə sərnişindaşıma artıb”

Bu ilin yanvar-noyabr aylarında Bakı metrosunun sərnişinləri azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyd olunan dövrdə metronun xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz azalaraq 197.2 milyon nəfərə düşüb.

Ümumilikdə, 11 ayda nəqliyyat sektorunda 1 milyard 746 milyon 544.2 min sərnişin daşınıb. Metrodan fərqli olaraq, dəmiryol, dəniz, hava və avtomobillə sərnişindaşıma artıb.

Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində deyilir ki, Bakı Metropoliteni qənaətə keçməlidir. Metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi “Bakı Metropoliteni”nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Ana səhifəXəbərlərMetronun istifadəçiləri 2.4 faiz azalıb