Metronun “28 May” stansiyası 5 həftə bağlanacaq

“Bakı Metropoliteni” iki xətti ayırır

Source:


“Bakı Metropoliteni” iki xətti ayırır

“Bakı Metropoliteni” QSC iki xətti ayırmağa başlayıb. İş başa çatanda “28 May-Dərnəgül” xəttində interval 2 dəqiqə olacaq.

İki yeni tunelin tikintisi ilə bağlı oktyabrda “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə müqavilə imzalanıb. Səndə qırmızı xətlə (“Həzi Aslanov” – “İçərişəhər” stansiyaları arası) yaşıl xəttin (“Dərnəgül” – “Xətai” stansiyaları arası) ayrılmasını nəzərdə tutur.

İşin icra müddəti 36 aydır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətində Turan İA -a deyiblər ki, iş başa çatan ərəfədə “28 May” stansiyası 5 həftə bağlanacaq.

Metropolitenlə Fransa şirkəti arasında müqavilənin qiyməti açıqlanmır.

Ana səhifəXəbərlərMetronun “28 May” stansiyası 5 həftə bağlanacaq