Son 1 ildə valyuta ehtiyatları 58,4 faiz, ilin əvvəlindən isə 54,6 faiz azalıb
Bu ilin noyabr aylarının yekununa görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard 245,6 milyon dollar təşkil edib.
Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, oktyabr ayının yekunu ilə müqayisədə 589 milyon dollar və yaxud 8,6 faiz azdır.
Son 1 ildə valyuta ehtiyatları 58,4 faiz, ilin əvvəlindən isə 54,6 faiz azalıb. Bu arada onu da qeyd edək ki, valyuta ehtiyatlarının indiki səviyyəsi 2010-cu ilin sonlarında qeydə alınıb.