Mərkəzi Banka 218 milyon avro dəyərində yeni bina tikilir

Bu inşaat şirkətinin 50 faizinin Azərbaycanın Neft Şirkətinə məxsus olduğu bildirilir.

Source: Specify Source


Tikintini “Tekfen Holdinq” aparacaq

Azərbaycan Mərkəzi Bankı yeni bina tikdirir. “Reuters”in məlumatına görə, yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb. Məlumata əsasən, layihənin dəyəri 218 milyon avrodur.

"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Hələ 27 fevral 2020-ci ildə Mərkəzi Bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri və tikintisi üçün

tender

elan edilmişdi. Nəzərdə tutulan ərazi 33 200 m2, ümumi mərtəbə sahəsi: 67 926 m2, binanın hündürlüyü: təqribən 160 m nəzərdə tutulub.

Ötən ayın 25-də Türkiyənin “Haberglobal” saytı “Tekfen Holdinq”ə istinadən

bildirmişdi

ki, şirkət Mərkəzi Binanın tikintisini aparacağı ilə bağlı məktub alıb, tenderin qalibi olub.

Bu inşaat şirkətinin 50 faizinin Azərbaycanın Neft Şirkətinə məxsus olduğu bildirilir.

Hələ 2017-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov yerli mətbuata Mərkəzi Bankın köçürüləcəyini

demişdi

:

"Mərkəzi Bankın yeri ora deyildi. Bakının Baş planına görə də binanın tikintisi orada aparılmalı deyildi. Ona görə ki, Füzuli küçəsində dayanan zaman Sabunçu vağzalı görünməlidir. Hazırda Heydər Əliyev prospektində Mərkəzi Bankın inzibati binası tikilir. Heydər Əliyev prospektində Mərkəzi Bankın binasının tikildiyini eşidəndə çox şad oldum".

Ana səhifəİqtisadiyyatMərkəzi Banka 218 milyon avro dəyərində yeni bina tikilir