Mərkəzi Bank: Valyuta bazarında tələb təklifdən 10 dəfə çoxdur

Hərracda isə məzənnənin sabah, avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir

Source:


Hərracda isə məzənnənin sabah, avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir

Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib. Halbuki, hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 10 dəfə çox olub və 500 mln. dolları ötüb. Lakin yekunda bunun yalnız 49,1 mln. dolları satılıb.

“Report” xəbər verir ki, hərraca çıxarılan valyutanın hamısının satılmaması texniki səbəblərdən baş verib. Çünki, kommersiya bankları nağd valyuta bazarından hazırda 1 ABŞ dollarını 1,63 manata almağa razıdırlar. Hərracda isə məzənnənin sabah, avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir.

Avqustun 2-də valyuta hərracında alıcı qismində 29 kommersiya bankı iştirak edib və hərraca çıxarılan valyutanın 98,2%-i və ya 49,1 mln. dollar satılıb.

Ana səhifəXəbərlərMərkəzi Bank: Valyuta bazarında tələb təklifdən 10 dəfə çoxdur