Mərkəzi Bank təkzib verdi (yenilənib)

“FES-in qəbul etdiyi qərar gözlənilən idi”.

Source:


15.44. Birləşmiş Ştatların Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın dollara qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.


“FES-in qəbul etdiyi qərar gözlənilən idi”.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, FES-in qərarı bütün dünyaya, o cümlədən  milli valyutaya öz təsirini göstərəcək:

“Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”.

Mərkəzi Bank rəsmisi manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı səslənən fikirlərə münasibət bildirib:

“Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək”.

Ana səhifəXəbərlərMərkəzi Bank təkzib verdi (yenilənib)