Mərkəzi Bank: Devalvasiya barədə deyilənlər əsassızdır

Əkrəm Həsənov: “Mərkəzi Bank ya kəskin devalvasiyaya getməli, ya da ehtiyatlarının əriməsi ilə barışmalıdır”

Source:
Milli Bank
Milli Bank



Əkrəm Həsənov: “Mərkəzi Bank ya kəskin devalvasiyaya getməli, ya da ehtiyatlarının əriməsi ilə barışmalıdır”

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”.

“APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

Mərkəzi Bankdan deyilib ki, Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov Azadlıq radiosuna deyib ki, Mərkəzi Bank banklara manat kreditləri verib, amma nəzarət qeyri-qənaətbəxş olduğundan həmin kredit vəsaitinin bir hissəsi yenə də valyuta bazarına axıb: “Heç kəs dollarını satmaq istəmir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın iki yolu var: “Ya növbəti kəskin devalvasiyaya getməlidir, ya da indiki məzənnə ilə dollar satmalı və ehtiyatlarının əriməsi ilə barışmalıdır. Amma hazırda Mərkəzi Bank bunların heç birini etmir, sadəcə dollar satmır”.

Ə.Həsənovun sözlərinə görə, dövlət qurumları arasında növbəti devalvasiya ilə bağlı razılaşma yoxdur.

“Böyük ehtimalla dövlət qurumları, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və Dövlət Neft Fondu arasında hələlik razılıq əldə olunmur. Yəni, devalvasiyaya getmək istəmirlər. Mərkəzi Bank məsuliyyəti yıxır Dövlət Neft Fondunun üzərinə, fond da birincinin üzərinə”, – deyə Ə.Həsənov bildirib.

Ana səhifəXəbərlərMərkəzi Bank: Devalvasiya barədə deyilənlər əsassızdır