Deputat Azərbaycanın işğal olunan ərazilərinə səfər edib
Azərbaycan hakimiyyəti Almaniya kansleri Angela Merkelin Xristian-Demokrat Partiyasından olan deputat Albert Vaylerin ölkəyə girişini qadağan edib.
“
Turan
” agentliyinin məlumatına əsasən, bu barədə avqustun 20-də Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Rəsmi Bakının Vayleri “arzuolunmaz şəxs” elan etməsinin səbəbi onun 2014 və 2016-cı illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi olub. İndi girişin qadağan edilməsi qərarı ən yüksək səviyyədə qəbul edilib, odur ki, Azərbaycan səfiri ilə bu barədə danışıqlar nəticəsiz qalıb.
Almaniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətlər üzrə parlament qrupunun sədr müavini Vayler avqustun 24-dən Merkeli Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşaiyət etməli idi.
Vayler regionda vəziyyətlə bağlı narahatlığını bildirib. O, səfərdən imtina etmək niyyətindədir.
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.