Merkel Azərbaycana gəlib

Almaniya mətbuatı Azərbaycanı kanslerin səfərinin ən həssas hissəsi adlandırıb

Source:
Fotolar Azərtac
Fotolar Azərtac


Almaniya mətbuatı Azərbaycanı kanslerin səfərinin ən həssas hissəsi adlandırıb

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel avqustun 25-də Azərbaycana səfərə gəlib.

Kansleri

hava limanı

nda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Angela Merkel prezident İlham Əliyevin iqamətgahına gedib.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Prezident İlham Əliyevin və Kansler Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə

görüşü

keçirilib.

Azərbaycan tərəfdən görüşdə 3 nazir iştirak edib: Xarici işlər, maliyyə və energetika.

Kansler Angela Merkelin Cənubi Qafqaz səfəri avqustun 23-dən başlanıb, o, əvvəl Gürcüstana, ardınca Ermənistana, bugün isə Azərbaycana gəlib.


Angela Merkel

Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə bildirib ki, qaz və neft təhcizatında Almaniya Rusiyaya yox deyə bilməz:

“Hətta soyuq müharibə zamanı Avropa və Rusiya, o zaman SSRİ, enerji məsələlərində sıx əlaqələrə malik idilər. Biz (Almaniya) qaz və neft təhcizatında Rusiyaya yox deyə bilmərik”.

Kansler əlavə edib ki, Azərbaycan əlbəttə ki, qaz ala biləcəkləri ölkədir.

“Amma açığı desək, Rusiyadan aldığımız qiymətə burdan biz qaz ala bilmərik. Avropa üçün Rusiyadan qaz almaq daha ucuz başa gəlir, nəinki digər ölkələrdən”, Merkel deyib.


Almaniya mediası

kansler Angela Merkelin Azərbaycana səfərini onun Cənubi Qafqaza səfərinin ən həssas hissəsi adlandırıb.

Angela Merkel Prezident İlham Əliyevlə görüşdə deyib ki, Azərbaycanla əməkdaşlıq daha da dərinləşdirilməlidir.

Kansler Cənubi Qafqaz ölkəsində insan haqları vəziyyətinin və Dağlıq Qarabağla bağlı qonşu Ermənistanla münaqişənin müzakirə üçün əlavə məsələlər olduğunu qeyd edib.

Nəşrin yazıdığına görə, Merkel Bakıya getməyi ona görə qərara alıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda mühüm amildir:

“Ölkənin xammalı, xüsusən qazı var. Avropa İttifaqı bunun Rusiya qazından daha az asılı olmaq üçün istifadə etmək istəyir. Boru kəməri Türkiyə vasitəsilə AB-nin cənub ölkələrinə yönələcək. İndiyədək Azərbaycana tədarüklər çox aydındır: altı milyard kubmetr Türkiyəyə, on milyard kubmetr isə AB-yə gedir. Almaniya hökumətinin sözlərinə görə, bu həcm genişlənir. Angela Merkelin Cənubi Qafqaz turuna səfər etdiyi Gürcüstan, Ermənistan və Azərbaycan üç keçmiş sovet respublikasından Bakıdakı rejim Rusiyaya ən yaxınıdır”.

Qəzet yazır ki, Federal Hökumətin İnsan Hüquqları üzrə Müvəkkili Burbel Kofler, Kansleri Bakıda insan hüquqları məsələsinin qaldırılmasına çağırıb. Avtoritar bir ölkədə “insan hüquqları ilə bağlı ümumi problemli vəziyyət” nəzərə alınmaqla, Azərbaycan rəhbərliyi ilə müntəzəm və birbaşa mübadilə “çox vacibdir”, deyə Kofler Almaniyanın redaksiya şöbəsində bildirib. Federal hökumət, həmçinin Aİ, ölkədəki ünsiyyət kanallarını istifadə etməlidir:

“Şərqi Avropa siyasəti üzrə Yaşıllar Partiyasının nümayəndəsi Manuel Sarrazin Merkelə Azərbaycanda insan hüquqlarının pozulması ilə mübarizə aparmağa çağırıb. Sarrazin belə deyib: “Əliyev rejimi Almaniya və Aİ-nin regionda strateji tərəfdaşıdır, amma Azərbaycanda insan hüquqları ciddi olaraq pozulur”.

Ana səhifəXəbərlərMerkel Azərbaycana gəlib