Mərhum xalq artistinin oğlu sərbəst buraxıldı (yenilənib)

Orxan Nadirov barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib

Source:


***


Haqqında cinayət işi açılmış Orxan Nadirov azadlığa buraxılıb.


“Report”un xəbərinə görə, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri

seçilib

.


***


Orxan Nadirov barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib

Azərbaycan Daxili İşlər Nazirliyi mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsi barədə yayılan məlumatı təsdiqləyib.

Orxan Nadirov dekabrın 8-də saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a

bildirilib ki

, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

Orxan Nadirovun barəsində vətəndaşlardan polis idarəsinə şikayət əsasında həbs edildiyi qeyd olunub.

“Hazırda Nadirov barəsində istintaq tədbirləri davam etdirilir, amma hələlik həbs qətimkan tədbiri seçilməyib”.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında

vəfat edib

.

O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Ana səhifəXəbərlərMərhum xalq artistinin oğlu sərbəst buraxıldı (yenilənib)