İlhamə Quliyeva vəfat etdi (yenilənib)

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb

Source:
İlhamə Quliyeva
İlhamə Quliyeva


Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb

——————————————————————————-


Xalq artisti İlhamə Quliyevanın ölümünün ilkin səbəbi açıqlanıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xalq artistinin meyitinin ilkin müayinəsi zamanı müəyyən edilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub.


———————————————————————————


İ.Quliyevanın bacısı qızı onun harada dəfn olunacağı barədə də jurnalistlərə məlumat verib. O bildirib ki, xalq artisti anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək.


T.İsmayılovanın qəbri II Fəxri Xiyabandadır.

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib.

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

Xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir.

Ana səhifəXəbərlərİlhamə Quliyeva vəfat etdi (yenilənib)