Məmurlar niyə xaricdə müalicə olunur?

İsrail mətbuatı baş nazirin müavini Abid Şərifovun İsrail xəstəxanasına yerləşdirildiyini yazıb.

77 yaşlı baş nazir ürək tutması diaqnozu ilə öncə Bakıda xəstəxanaya aparılıb. Həkimlər həyatına təhlükə yarandığını və müalicə üçün İsrailə getməsini məsləhət görüblər.

Abid Şərifov xaricdə müalicə alan yeganə məmur deyil. Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun İsveçrədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun isə Türkiyədə müalicə olunduğu yazılıb. Dövlət məmurları xəstələnən kimi niyə xaricə üz tuturlar? Ölkə daxilində onların dərdlərinin çarəsi yoxdur?

Özəl klinikada çalışan həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, məmurlar səhhətlərində yaranmış problemə görə xaricə üz tutarkən ölkədəki səhiyyəyə etimadı azaldırlar.

Şəhər sakinlərindən soruşduq ki, məmurlar xəstələnən zaman niyə xaricdə müalicəyə üstünlük verirlər?

Adil Qeybulla deyir ki, özünü xəstələnməkdəbn qoruyur. Yox, əgər xəstələnsə, ölkə içində canını etibar etdiyi həkimlər var.

__

Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646

Ana səhifəVideoMəmurlar niyə xaricdə müalicə olunur?