Məmməd Süleymanov ”Bandotdel”də dindirildi

”Ola bilsin ki, yenə dəvət etsinlər”

Source:
Məmməd Süleymanov
Məmməd Süleymanov


”Ola bilsin ki, yenə dəvət etsinlər”

Avqustun 4-də jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Orada bir saat yarımdan çox dindirildikdən sonra azad buraxılıb.

Məmməd Süleymanov ”Turan” IA-a deyib ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həyat yoldaşı ilə birgə dəvət edilib.

“Həyat yoldaşım ölkədə olmadığından mən tək getdim. Orada mənimlə söhbət etdilər və azad buraxdılar. Ola bilsin ki, yenə dəvət etsinlər. Amma həyat yoldaşım daha dəvət edilməyəcək”.

Jurnalist hansı işlə bağlı və kim qismində onunla söhbət edildyi barədə məlumat verməyib. “İstintaq sirri olduğundan bu barədə heç nə deməyəcəyəm”, deyə o qeyd edib.

”Turan” İA mənbələrinə istinadən yazır ki, Məmməd Süleymanovla Facebook səhifəsində dərc etdiyi tənqidi statuslarına görə söhbət aparılıb.

Məmməd Süleymanovun tənqidi statusları olan facebook profili silinib. O, “Turan” İA-a proflinin adında Çegevara olduğu üçün bağlandığını bildirib və əvəzində yeni profil açıb.

Məmməd Süleymanov müxtəlif media orqanlarında dərc edilən tənqidi yazıları ilə tanınır

Ana səhifəXəbərlərMəmməd Süleymanov ”Bandotdel”də dindirildi