Bu ilin mayında isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb
Sentyabrın 28-də Ali Məhkəmə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində olan hökmdən verdiyi kassasiya şikayətinə baxıb.
AXCP sədrinin müavini Gözəl Bayramova “facebook” səhifəsində şikayətin təmin edilmədiyini qeyd edib.
Məmməd İbrahim 2015-ci ilin sentyabrın 29-da həbs edilib. Nərimanov rayon məhkəməsi onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu ilin mayında isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.
Məmməd İbrahim həbsini siyasi sifariş hesab edir və o, Beynəlxalq amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.